"Mançester Yunayted", "Bavariya" və "Arsenal" klubları Fil Dişi Sahili millisinin və "Hoffenhaym"ın vingeri Bazuman Ture ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fussballdaten" məlumat yayıb.
Bildirilir ki, alman klubu 20 yaşlı cinah oyunçusunun transferi üçün danışıqlara başlayacaq və qiymət 50-55 milyon avro arasında dəyişir.
Vurğulanır ki, müqavilə müzakirələri zamanı "Hoffenhaym" qiyməti 70-80 milyon avroya qaldıra bilər. Klub ötən qış hücumçu üçün bütün təklifləri rədd edib.
Qeyd edək ki, bu mövsüm Ture bütün yarışlarda 25 oyunda meydana çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.
Ture Fil Dişi Sahili millisində 4 oyun keçirib və 2 qol vurub.












