"Barselona" danimarkalı müdafiəçi Andreas Kristensenlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

29 yaşlı müdafiəçiyə 2 illik yeni müqavilə təklif edilib. Müqaviləyə əsasən, maaşının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub.

Bildirilir ki, Kristensen və ailəsi İspaniyada rahatdır və müqavilə imzalamaqda maraqlıdırlar. Bununla belə, Avropa və Səudiyyə Ərəbistanından onunla bir neçə klub da maraqlanır.

Qeyd edək ki, oyunçu hazırda zədədən sağalır. Müdafiəçi ötən ilin dekabr ayında məşq zamanı dizindən zədə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest