06 Mart 2026, 13:33
FUTBOL
Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.
Leandro Andrade “Qarabağ”da 200-cü oyununu keçirib.
Matc.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəinin yubileyi Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.
Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.
Qeyd edək ki, Andrade “Qarabağ”da 2021/22 mövsümündə debüt edib.







_1772816845.jpg)




