06 Mart 2026, 12:25
FUTBOL
"Tottenhem"in müdafiəçisi Luka Vuskoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky SPorts" televiziyası məlumat yayıb.
"Barselona" icarə əsasında "Hamburq"da çıxış edən xorvatiyalı futbolçunu transfer etmək istəyir. Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik Vuskoviçin oyununu bəyənir.
"Barselona" 19 yaşlı mərkəz müdafiəçisi üçün "Tottenhem"lə ilkin danışıqlara start verib.
Qeyd edək ki, Luka Vuskoviç bu mövsüm "Hamburq"un heyətində keçirdiyi 23 oyunda 4 qol vurub.






_1772816845.jpg)





