03 Mart 2026, 00:01
FUTBOL
Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilir.
Matc.az xəbər verir ki, ilk gündə bir qarşılaşma baş tutacaq. "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Matç saat 19:00-da başlayacaq.
Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, digər qarşılaşmalar 4-5 mart tarixlərində keçiriləcək.
3 mart (çərşənbə axşamı)
“Zirə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00






_1772485254.jpg)





