Françesko Totti "Roma"ya mümkün qayıdışı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

Matc.az xəbər verir ki, klubun əfsanəsi bildirib ki, tərəflər hazırda onun rəhbər vəzifələrdən birinə potensial təyinatının təfərrüatlarını müzakirə edirlər:

"Düzdür, hazırda danışıqlar davam edir, bütün lazımi detalları müzakirə edirik. Ümid edirəm ki, ortaq dil tapa biləcəyik. Mən həmişə "Roma" azarkeşi olmuşam. Bu klub həmişə mənim evim olub".

Keçmiş hücumçu həmçinin Can Pyero Qasperininin rəhbərliyi altında komandanın irəliləyişinə ümid etdiyini bildirib:

"Ümid edirəm ki, onun rəhbərliyi altında ən qısa müddətdə Çempionlar Liqasına qayıda biləcəyik".

Xatırladaq ki, Totti bütün peşəkar karyerasını 1993-cü ildən 2017-ci ilə qədər "Roma"da keçirib. 49 yaşlı veteran futbolçu bu müddət ərzində "canavarlar"ın heyətində bütün yarışlarda 307 qol vurub və 205 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest