30 yaşlı hücumçu qarşılaşmaya start heyətində başlayıb. O, 37-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Futbol üzrə Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəngərlinin formasını geyindiyi "Partizani" doğma meydanda "Tirana"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu matçda iştirak edib. 30 yaşlı hücumçu qarşılaşmaya start heyətində başlayıb. O, 37-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Vüsal 72-ci dəqiqədən əvəzlənib.

24 turdan sonra 33 xal toplayan "Partizani" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest