16 Fevral 2026, 22:11
FUTBOL
"Sabah" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Masazır təmsilçisinin qapıçısı Stas Pokatilov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Qazaxıstanlı qolkiper matçın çətin keçdiyini bildirib:
"Çox ağır oyun idi. Xüsusilə də sonluq çox gərgin keçdi. Uzun müddətdir belə oyunlarımız olmamışdı. Adətən daha rahat hesabla qalib gəlirdik. Amma indi çempionatın sonlarına yaxınlaşırıq və düşünürəm ki, belə oyunlar daha tez-tez olacaq. Ona görə də ən əsası qələbədir".












