Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib. 

Matc.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, yığmamız D Liqasının 2-ci qrupunda yer alıb.

Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabrın 24-də start veriləcək. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest