28 yaşlı forvardla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Qarabağ"ın sabiq hücumçusu Ovusu Kvabena karyerasını Türkiyədə davam etdirəcək.

Matc.az xəbər verir ki, qanalı futbolçu "Sakaryaspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı forvardla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Təcrübəli oyunçunun son klubu İsraildə "Makkabi Bney Reyneh" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest