PSJ ispan mütəxəssis Luis Enrikeni baş məşqçi vəzifəsində saxlamaqda maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Bildirilir ki, Fransa nəhəngi artıq 55 yaşlı məşqçi ilə yeni müqavilə üzrə danışıqlara başlayıb.

Paris rəhbərliyi Enrikenin müqaviləsini 2030-cu ilin yayına qədər uzatmaq istəyir.

Qeyd etmək lazımdır ki, məşqçinin PSJ ilə hazırkı müqaviləsi növbəti 2026/27 mövsümünün sonuna qədərdir.

İspan məşqçi 2023-cü ilin yayında Fransa klubunu idarə etməyə başlayıb. O vaxtdan bəri o, komandanı 151 oyunda meydana çıxardıb və 9 kubok qazanıb. Qazanılan kuboklar arasında 2024/25 Çempionlar Liqası da var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest