08 Fevral 2026, 12:39
FUTBOL
"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasında oyununun ilk hissəsində ən çox het-trik edən oyunçu olub.
Matc.az xəbər verir ki, bu barədə "OptaJoe" məlumat yayıb.
Yarımmüdafiəçi Premyer Liqanın 25-ci turunda səfərdə "Vulverhempton" üzərində 1:3 hesablı qələbə qazanılan oyunda 3 qol vurub. Palmerin vurduğu hər üç qol qarşılaşmanın birinci hissəsində qeydə alınıb.
Bununla da, Palmer çempionat tarixində ilk hissədə het-trik edən ilk oyunçu olub.
Ümumilikdə, bu, onun 2023-cü ildə kluba qoşulduğu vaxtdan bəri "Çelsi"də vurduğu dördüncü het-trik olub. London klubunun tarixində heç bir oyunçu Premyer Liqada bu qədər het-trik etməyib.












