"Bavariya"nın müdafiəçisi Saşa Boe Türkiyə Super Liqasında qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Qalatasaray" fransalı futbolçunun keçidini həll edib. 25 yaşlı sağ cinah müdafiəçisi tibbi müayinədən keçmək üçün bu gün İstanbulda olacaq.

Qeyd edək ki, "Bavariya" Saşa Boeni 2024-cü ilin yanvarında "Qalatasaray"dan 30 milyon avroya transfer edib. Futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest