Türkiyə Kubokunda əsas mərhələnin 3-cü turunun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "İstanbulspor"u qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra 9 xal toplayan "Qalatasaray" qrupun lideridir. 1 xalı olan "İstanbulspor" isə sonuncu yerdədir.

"Qalatasaray" - "İstanbulspor" 3:1
Qollar:
Mauro İkardi, 5, Lukas Torreyra, 25, Ahmed Kutucu, 33 - Mendi Mamadu, 26

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest