"Əl-İttihad" "Fənərbaxça"nın hücumçusu Yussef En-Nesirini transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Ərəblər mərakeşli futbolçu üçün Türkiyə klubuna 15 milyon avro təzminat ödəyib. "Əl-İttihad" 28 yaşlı forvardla imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Yussef En-Nesiri bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 27 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest