03 Fevral 2026, 11:13
FUTBOL
"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisi "Atalanta"dan Ademola Lukmanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniya klubu nigeriyalı futbolçu üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyib. 28 yaşlı forvardla 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.












