02 Fevral 2026, 20:06
FUTBOL
"Kristal Pelas"In heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Jan-Filipp Mateta sıradan çıxıb.
Fransa millisinin üzvünün ayağında zədə aşkarlanıb. 28 yaşlı forvard əməliyyat olunacaq. O, təxminən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Jan-Filipp Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 34 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.












