03 Fevral 2026, 10:36
FUTBOL
"Kristal Pelas" heyətinə yeni hücumçu cəlb edib.
Matc.az xəbər verir ki, London təmsilçisi "Vulverhempton"dan Yorgen Strand Larseni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Kristal Pelas" norveçli forvard üçün onun klubuna 50+5 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Kristal Pelas" bu mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 26 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.












