"Çelsi" müdafiəçi Aksel Disasini icarəyə verib.

Matc.az xəbər verir ki, "mavilər" fransalı futbolçunu "Vest Hem"ə göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunadək Londonun digər təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Aksel Disasi əsas komandadan uzaqlaşdırıldığı üçün bu mövsüm "Çelsi"nin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest