"Liverpul"un qapıçısı Fabian Mrozek karyerasını ABŞ-də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Sinsinnati" polşalı qolkiperi icarəyə götürmək üçün İngiltərə klubu ilə razılıq əldə edib. 22 yaşlı "əlcək sahibi" yaxın günlərdə MLS təmsilçisinin düşərgəsinə qoşulaacaq.

Qeyd edək ki, "Liverpul" Fabian Mrozeki Polşanın "Vrotslav" klubundan transfer edib. O, Mersisayd təmsilçisinin U-21 komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest