27 Yanvar 2026, 17:43
FUTBOL
"Mançester Siti"nin hücumçusu Omar Marmuş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
"Fənərbaxça" misirli forvardı transfer etmək istəyir. İstanbul nəhəngi 26 yaşlı futbolçu üçün İngiltərə klubuna 30 milyon avro təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Omar Marmuş bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












