"Ayntraxt"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, Almaniya klubu hazırda "Çelye"ni çalışdıran Albert Riera ilə anlaşıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İspaniyalı mütəxəssis Frankfurt təmsilçisinin təklifini qəbul edib. "Ayntraxt" Riera üçün Sloveniya klubu ilə danışıqları davam etdirir.

"Çelye" ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan 43 yaşlı məşqçiyə görə təzminat ödənməlidir. Klublar arasında danışıqların müsbət istiqamətdə getdiyi bildirilir.

Qeyd edək ki, "Ayntraxt" bir neçə gün öncə Dino Toppmöllerlə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest