Rusiya Millisinin keçmiş baş məşqçisi Boris İqnatyev 85 yaşında vəfat edib.

Rusiya Millisinin keçmiş baş məşqçisi Boris İqnatyev 85 yaşında vəfat edib.

Matc.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev İqnatyevin vəfatı ilə əlaqədar başsağlığı verib:

"Boris İqnatyevin vəfatı Rusiya futbolu, doğmaları və yaxınları üçün böyük itkidir. Bizim dostluğumuzun tarixi çox əvvəllərə dayanır. Dünyanın ən səmimi insanlarından biri idi. Onun insani keyfiyətləri haqda çox danışmaq olar. Mükəmməl ailə başçısı, ata və dost idi.  Gənc futbolçuların inkişafında çox böyük əməyi olub. Onlarla peşəkar futbolçunu ölkə futboluna qazandırıb. Böyük mütəxəssisi, gözəl qəlbli dostumuzu itirdik".

Qeyd edək ki, Boris İqnatyev 1996-cı ildən 1998-ci ilə qədər Rusiya millisinə rəhbərlik edib, 1992-ci ildən 1996-cı ilə qədər isə milli komandanın məşqçilər heyətinin üzvü olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest