"Oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi".

Misli Premyer Liqasının 17-ci turunun "Turan Tovuz" - "Sumqayıt" (2:1) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, türkmənistanlı mütəxəssis komandasının qalibiyyətinə bu cür şərh verib:

- İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər.

- Komandanın hazırkı durumunu necə dəyərləndirirsiz? Qışda komandanı istədiyiniz kimi hazırlaya bilmisiz?

- Yaxşı məşq etdik, şərait də yaxşı idi. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest