20 Yanvar 2026, 13:17
FUTBOL
"Arsenal"ın futbolçusu Etan Nvaneri karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Marsel" ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyə götürmək istəyir. Liqa 1 təmsilçisi 18 yaşlı oyunçu üçün London klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "topçular"ın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub.






_1768910603.jpg)


_1768906618.jpeg)


