"Atletiko"nun hücumçusu Cakomo Raspadori "Roma"ya keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira yayıb.

Bildirilir ki, hücumçunun agenti Tullio Tinti oyunçunun Roma klubuna transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üçün yanvaın 12-də Madriddə olacaq.

"Roma"nın Raspadorini 19 milyon avroluq alış imkanı ilə 2 milyon avroya icarəyə götürmək barədə "Atletiko" ilə tam razılığa gəldiyi vurğulanır. Müqavilənin tezliklə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Raspadori "Napoli"dən 22 milyon avroya alınıb. 24 yaşlı italyan bu mövsüm klubda 15 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest