12 Yanvar 2026, 12:57
FUTBOL
"Fiorentina"nın müdafiəçisi Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Matc.az xəbər verir ki, "Əl-Hilal" ispaniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi ilə 6 ay + 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pablo Mari bu mövsüm "Fiorentina"nın heyətində 16 rəsmi matçda meydana çıxıb.



_1768233441.jpg)








