11 Yanvar 2026, 21:40
FUTBOL
PSJ "Tottenhem"in hücumçusu Matis Teli icarəyə götürməkdə maraqlı olan klublar arasındadır.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
"Tottenham"ın oyunçunu heyətində saxlamaq istəyir. Buna baxmayaraq, londonlular artıq mümkün transferlə bağlı bir neçə sorğu alıblar.
Tel özü müntəzəm oyun vaxtı əldə etməkdə maraqlıdır. Fransız futbolçunun əsas motivasiyası qarşıdan gələn dünya çempionatı üçün milli komandaya dəvət almasıdır.
20 yaşlı fransız hücumçu "Tottenhem"də bütün yarışlarda 39 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ildə başa çatır.












