“Fulhem”in vingeri Adama Traore Londonda klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
“Vest Hem”in baş məşqçisi Nunu Eşpiritu Santu 29 yaşlı futbolçunun xidmətində şəxsən maraqlıdır.
Mütəxəssis ispaniyalı futbolçunun imkanları ilə “Vulverhempton”da birgə çalışdıqları dövrdən yaxşı tanışdır və artıq uzun müddətdir onun transferində israr edir. Traorenin "Fulhem"lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatdığından, “Vest Hem” oyunçunu yanvarın əvvəlində endirimli qiymətə heyətinə qatmağı planlaşdırır.
Adama Traore 2023-cü ildən “Fulhem”in formasını geyinir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 16 matçda iştirak etsə də, qol vura bilməyib. Təcrübəli vingerin aktivində cəmi 1 məhsuldar ötürmə var.











_1766586282.jpg)
