Atletiko baş məşqçi Dieqo Simeoneni uzun müddət komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Madrid klubunun rəhbərliyi 55 yaşlı mütəxəssislə müqavilənin uzadılması variantlarını nəzərdən keçirir. Simeonenin mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd olunur ki, tərəflər arasında danışıqlar hələ başlamayıb. La Liqa təmsilçisi klub layihəsinin inkişafını məhz Simeonenin davam etdirəcəyinə əmindirlər.

Xatırladaq ki, Simeone 2011-ci ilin qışından etibarən "Atletiko"ya rəhbərlik edir. Komanda bu müddət ərzində iki dəfə Çempionlar Liqasının finalına yüksəlib, iki dəfə La Liqa çempionu olub, ölkə Kubokunu və Superkubokunu qazanıb, həmçinin iki dəfə Avropa Liqasının və iki dəfə UEFA Superkubokunun qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest