19 Dekabr 2025, 18:55
FUTBOL
"Neftçi" Misli Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Karvan-Yevlax”la matçın hazırlığını yekunlaşdırıb.
Matc.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra Yevlaxa yola düşüb.
Qeyd edək ki, dekabrın 20-də Yevlax şəhər stadionunda keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” oyunu saat 14:00-da başlanacaq.












