19 Dekabr 2025, 11:59
FUTBOL
Azərbaycanın U-21 millisinin sabiq üzvü "Trans Narva" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şamaxı"dan ayrıldıqdan sonra klubsuz qalan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü "Trans Narva" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vingerlə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Murad yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Murad Vəliyev ötən mövsümün ikinci yarısında "Şamaxı"nın formasını geyinib.












