19 Dekabr 2025, 15:28
FUTBOL
Burak Yılmaz yenidən "Qaziantep"ın baş məşqçisi vəzifəsinə təyin olunacaq.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə razılıq əldə edib. Təyinatın yaxın zamanda rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, Burak Yılmaz 4 gün öncə "Qaziantep"in baş məşqçisi postundan istefa vermişdi.












