19 Dekabr 2025, 10:14
FUTBOL
Futbol üzrə İtaliya Super Kubokunda ilk finalçı məlum olub.
Matc.az xəbər verir ki, yarımfinalın ilk oyununda "Napoli" ilə "Milan" üz-üzə gəlib. 2:0 hesablı qələbə qazanan Neapol təmsilçisi finala vəsiqə qazanıb.
Antonio Kontenin rəhbərlik etdiyi kollektiv həlledici görüşdə "Bolonya" - "İnter" cütünün qalibi ilə üz-üzə gələcək.
"Napoli" - "Milan" 2:0
Qollar: David Neres 39, Höylund 63












