Qazaxıstan Premyer Liqasına XXIV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" da növbəti görüşünü keçirib.

Kustanay təmsilçisi səfərdə "Aktobe" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Emil start heyətində başladığı oyunda 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 14 oyundan sonra aktivində 32 xal olan "Tobol" bir matç əskik olmaqla, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest