"Milan"ın futbolçusu Ticani Reynders daha bir klubun transfer siyahısına düşüb.

Matc.az "TBR Football"a istinadən xəbər verir ki, "Real" niderlandlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Madrid klubu 26 yaşlı oyunçu üçün "Milan"la danışıqlara başlayacaq.

Niderland millisinin üzvü ilə "Mançester Siti" də yaxından maraqlanır.

Qeyd edək ki, Ticani Reynders bu mövsüm "Milan"ın heyətində keçirdiyi 51 oyunda 15 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest