14 May 2025, 17:28
FUTBOL
"Atletiko"nun futbolçusu Anxel Korrea komandadan ayrılacaq.
Matc.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, argentinalı vinger Meksikaya yollanacaq.
"Tiqres" Korrean heyətinə qatmağa yaxındır.Transferin 6 milyon avroya yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Anxel Korrea 2015-ci ildən "Atletiko"da çıxış edir. 30 yaşlı oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 42 ounda 7 qol və 5 qol ötürməsi edib.