Noyabr ayında keçirilən DÇ-2026 seçmə mərhələsinin oyunlarından sonra Azərbaycan milli komandası Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının reytinqində dörd pillə geriləyib.

Matc.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.

Milli komandamız FIFA-nın əvvəlki reytinq siyahısında 1142.25 xalla 123-cü sırada idi.

Qeyd edək ki, yığmamız bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest