"İnter" İtaliya A Seriyasının 12-ci turunun "Milan"la matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, Denzel Dumfris derbidə komandaya kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

29 yaşlı futbolçu Niderland milli komandasının düşərgəsində zədələnib. Təcrübəli sağ cinah müdafiəçisinin Çempionlar Liqasında "Atletiko" ilə səfər matçını buraxmaq ehtimalı da var.

Qeyd edək ki, "İnter" noyabrın 23-də "Milan"ı qəbul edəcək, 4 gün sonra isə Madrid səfərinə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest