“Real”ın hücumçusu Qonsalo Qarsiya qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, İngiltərənin “Brayton” klubu yanvar ayında 21 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Həmçinin “Lids Yunayted” və “Sanderlend” də ispaniyalı forvarda maraq göstərir.

Qarsiya 2025 Klublararası Dünya Çempionatının bombardiri olub. O, 6 oyunda 4 qol vurub. Bundan sonra “Real” akademiyasının yetirməsi ilə müqaviləni 2030-cu ilədək uzadıb.

Cari mövsümdə Qarsiya bütün turnirlərdə 9 matç keçirib və 1 məhsuldar ötürmə verib. “Real” hücumçunu 20 milyon avroya satmağa hazırdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest