Tanınmış ingilis məşqçi Stiv Maklaren Yamayka milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Matc.az xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.

Bildirilir ki, 64 yaşlı mütəxəssis bu qərarı komandasının Kyurasaonu məğlub edə bilməməsindən (0:0) və birbaşa 2026-cı il dünya çempionatına vəsiqə qazanmamasından sonra verib.

Yamaykanı mart ayında Meksikada keçiriləcək qitələrarası pley-off mərhələsi gözləyir, lakin komanda yeni məşqçinin rəhbərliyi altında oynayacaq.

Maklaren daha çox 2001-2006-cı illərdə "Midlsbro"da qazandığı uğurla tanınır. O, komandanı 2006-cı ildə UEFA Kubokunun finalına çıxarmağı bacarıb.

2006-2007-ci illərdə isə İngiltərə millisini idarə edib, lakin AVRO-2008-ə vəsiqə qazana bilmədikdən sonra istefaya göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest