"Mançester Siti" "Bayer"ə icarəyə verdiyi Klaudio Eçeverrini vaxtından əvvəl qaytara bilər.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi argentinalı hücumameyilli yarımmüdafiəçinin az oynamasından narazıdır. "Şəhərlilər" 19 yaşlı futbolçunu yanvar ayında qaytarmağı planlaşdırır.

Qeyd edək ki, "Bayer" Klaudio Eçeverrini yayda bir mövsümlük icarəyə götürüb. Argentina U-20 millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində keçirdiyi 8 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest