16 Noyabr 2025, 15:41
FUTBOL
Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də keçiriləcək Cəbəllütariq – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Matc.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da "Europa Point Stadium"da baş tutacaq.
Avropa çempionatı
U-21, seçmə mərhələ
18 noyabr
22:00. Cəbəllütariq – Azərbaycan
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula
Dördüncü hakim: George Katalin Roman
"Europa Point Stadium"












