"Olimpiakos"un 18 yaşlı yarımmüdafiəçisi Xristos Mouzakitis karyerasını Avropanın ən yaxşı klublarından birində davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, "Arsenal", "Napoli", "Mançester Yunayted" və "Aston Villa" oyunçu ilə maraqlanır. Yunanıstan klubu yetirməsi üçün təxminən 30 milyon avro almağı planlaşdırır.

Mouzakitis Yunanıstanda öz nəslinin ən istedadlı oyunçularından biri hesab olunur. O, bu mövsüm bütün yarışlarda 13 oyun keçirib və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçini 15 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest