DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

Matc.az xəbər verir ki, I qrupunun sonuncu turunda İtaliya millisi doğma meydanda Norveçi qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 24-ə yüksəldən Norveç yığması qrupu lider tamamlayıb və dünya çempionatına vəsiqə qazanıb. 18 xalı olan İtaliya isə mundiala getmək üçün pley-off matçları oynayacaq.

İtaliya - Norveç 1:4
Qollar:
Françesko Pio Esposito, 11 - Antonio Nusa, 63, Erlinq Haaland, 76, 79, Yorgen Strand Larsen, 90+3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest