"Qalatasaray" argentinalı hücumçu Mauro İkardi ilə yeni müqavilə üzrə danışıqlara başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.

"Qalatasaray" 32 yaşlı hücumçunun müqaviləsi 2026-cı ilə qədər olduğundan onu komandada saxlamaqda maraqlıdır. Klub qış transferində onun komandadan getməsinin qarşını almaq niyyətindədir.

Xatırladaq ki, argentinalı hücumçu 2022-ci ildə "Qalatasaray"a qoşulub. O, ümumilikdə komandada 102 oyun keçirib, 67 qol vurub və 22 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 8 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest