İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo 2026-cı il dünya çempionatı üçün Avropa zonası üzrə seçmə mərhələnin qaydalarını tənqid edib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis seçmə mərhələnin sisteminin dəyişdirilməli olduğuna inanır. O, oyunçu karyerası ərzindəki sistemi xatırladıb və onu digər konfederasiyalarla müqayisə edərək sistemin ədalətli olduğunu qeyd edib.
"Mənim dövrümdə qrupda ən yaxşı ikinci yeri tutan komandalar birbaşa dünya çempiontına vəsiqə qazanırdı, amma indi qaydalar dəyişib. Qaydaları dəyişdirmək üçün bu turnirləri təşkil edənlərə müraciət etmək lazımdır. 1990 və 1994-cü illərdə keçirilən dünya çempionatında iki Afrika komandası var idi, indi isə doqquzdur. Bu mübahisəli deyil, amma çətinliklər var və biz bunu yaxşı bilirik.
Seçmə mərhələdə İtaliyanın altı qələbəsi var. Qrupları təşkil edənlərdən soruşub qaydaları müəyyənləşdirmək lazımdır. On komandadan altısının birbaşa dünya çempiontına vəsiqə qazandığı və yeddincisinin Okeaniya komandasına qarşı pley-off oynadığı Cənubi Amerikaya baxsanız, bu, həqiqətən təəssüf doğurur və bir qədər kədərlidir. Məyusluq da budur. Avropadakı sistem dəyişdirilməlidir".
Qeyd edək ki, İtaliya Moldovanı məğlub etdikdən sonra qrupunda ikinci yerdə qərarlaşıb. Birinci yeri tutmaq üçün italyanlar lider Norveçi 9 qol fərqi ilə məğlub etməlidirlər.
İtaliya millisi sonuncu dəfə dünya çempiontına 2014-cü ildə iştirak edib. O vaxtdan bəri komanda seçmə mərhələnin pley-offunda iki məğlubiyyət alıb: 2018-ci ildə İsveçə və 2022-ci ildə Şimali Makedoniyaya.












