Əfsanəvi argentinalı Dieqo Armando Maradona "Dorados" klubunun baş məşqçi vəzifəsindən istefa verib. Matc.az xəbər verir ki, buna səbəb mütəxəssisin səhhətindəki problemdi.

Məsələ burasındadı ki, çiynindən və dizindən əməliyyat olacaq 58 yaşlı çalışdırıcıya həkimlər sağlamlığına diqqət yetirməyi məsləhət görüb. Meksika təmsilçisi də rəsmi saytı vasitəsilə xidmətlərinə görə, ona təşəkkür edib.

Qeyd edək ki, Maradona ikinci liqa təmsilçisinə 2018-19 mövsümündə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest