Bukmeker kontorlarından birinin superkompyuteri İngiltərə Premyer Liqasının 2019-20 mövsümü ilə bağlı proqnoz verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, superkompyuter gələn mövsümün çempionunu açıqlayıb.

Proqnoza görə, çempion yenə "Mançester Siti" olacaq. Onu ötən mövsüm olduğu kimi, "Liverpul" izləyəcək. "Tottenhem" 3-cü, "Çelsi" isə 4-cü yeri tutmalıdı. Superkompyuter "Mançester Yunayted" və "Arsenal"ı ilk "dördlük"dən kənarda görür.

Proqnozlar düz çıxsa, "Bernli", "Norviç" və "Şeffild Yunayted" elitanı tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest