27 Oktyabr 2025, 14:02
FUTBOL
"Aston Villa" bir çox klubun transfer siyahısında yer alan Morqan Rocersin gedişina mane olmaq istəyir.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli hücumameyilli yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Football Insider" məlumat yayıb.
Klub artıq Rocerslı danışıqlara başlayıb. İngiltərə millisinin üzvü olan 23 yaşlı futbolçunun maaşının artırılması nəzərdə tutulub.
Qeyd edək ki, Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.




_1761579949.jpg)







